AZ

Helikopter qəzası kerosin sızmasına səbəb olub

Almaniyanın şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb. 

Bakues.az DPA-ya istinadən xəbər verir ki, hadisə Saksoniyanın Qrimm şəhərindən bir qədər aralıda baş verib. Helikopterin hissələri Mulde çayında tapılıb.

Hadisə yerində hərbi təhlükəsizlik zonası yaradılıb. Əllidən çox xilasedici və hüquq-mühafizə orqanlarının əməkdaşı işləyir. Helikopterin qəzaya uğraması külli miqdarda kerosin sızmasına səbəb olub.

Helikopter təlim uçuşu həyata keçirirmiş.

Seçilən
6
2
icma.az

3Mənbələr