AZ

SON DƏQİQƏ! “Kəpəz” azərbaycanlı futbolçu ilə anlaşdı

Ötən mövsümü “Səbail”də keçirən Fərid Nəbiyevin yeni klubu bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli oyunçu karyerasını “Kəpəz”də  davam etdirəcək. Artıq tərəflər razılığa gəliblər. Nəbiyev rəsmi müqavilə imzalamaq üçün Gəncəyə yollanıb.

26 yaşlı yarımmüdafiəçi bu günə qədər Azərbaycan Premyer Liqasında 90 oyunda forma geyinib, 12 qol vurub, eyni sayda assist edib. O, “Turan Tovuz”, “Kəpəz”, “Səbail” və “Slaviya” (Praqa) kimi klublarda çıxış edib.

Xatırladaq ki, yarımmüdafiəçi I Liqa klubu “Şəfa” ilə danışıq aparsa da, transfer son anda baş tutmayıb.

Seçilən
3
1
idmanxeber.az

3Mənbələr