Kanada hökuməti Fələstin dövlətinin tanınması məsələsini araşdırır.
Publika.az xəbər verir ki, bu barədə CBC mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Kanadanın baş naziri Mark Karni çərşənbə günü bu mövzuda görüş keçirəcək. Hazırda bununla bağlı heç bir qərar verilməyib.
Qeyd edilir ki, Fələstin məsələsi Londonun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanıyacağını deməsindən sonra gündəmə gətiriləcək. CBC-nin məlumatına görə, Karni elə həmin gün Starmerlə telefon danışığı aparıb və söhbət zamanı Qəzzadakı vəziyyət müzakirə olunub.