AZ

İnquşetiya Elm və Təhsil Nazirliyinin binasında axtarış aparıldı

Rusiyanın güc strukturlarının əməkdaşları İnquşetiya Təhsil və Elm Nazirliyinin binasında axtarış aparıblar.

Publika.az xəbər verir ki, bu barədə "Report" Rusiya KİV-inə istinadən məlumat yayıb.

Axtarışların aparıldığı müddətdə binaya giriş bağlanıb. Tədbirlər İnquşetiyada vahid dövlət imtahanına hazırlıq zamanı 15,7 milyon rublun (təxminən 192 min dollar) mənimsənilməsi işi ilə bağlı ola bilər.

Daha əvvəl respublika prokurorluğundan bildirilmişdi ki, İnquşetiyanın Maqas rayon məhkəməsi Regional İnformasiya Emalı Mərkəzinin keçmiş direktoru və respublikanın Təhsil və Elm Nazirliyinin Mühasibat uçotu, nəzarət və hesabatlılıq şöbəsinin rəisi barəsində cinayət işinə baxacaq.

Seçilən
29
1
publika.az

2Mənbələr