Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
“İki sahil” xəbər verir ki, sakinlərə mənzillərinin açarları təqdim olunub.
Bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə (166 nəfər) köçürülüb.
Onlardan 34 ailə (121 nəfər) Bakı şəhərindən, 10 ailə (45 nəfər) Biləsuvar rayonundan yola salınıb.