İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub.
Leqal.info xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onun qətlində gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova şübhəli bilir.
İlkin ehtimala əsasən, o, ailə münaqişəsi zəminində kəsici alətlə qayınanasını qətlə yetirib.
R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta