AZ

Şıxlinskinin oğlu həbsdə qaldı

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində çıxarılmış həbs qərarı qüvvədə saxlanılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Şıxlinskinin vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sverdlovsk Vilayət Məhkəməsi əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq.

Qeyd edək ki, barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilən M.Şıxlinski “dövlət məmuruna qarşı zorakılıq” ittihamı ilə sentyabrın 14-dək İstintaq təcridxanasına göndərilmişdi.

"Cebheinfo.az" 

Seçilən
37
3
cebheinfo.az

4Mənbələr