AZ

Şahin Şıxlinski yenidən həbs edilir

Vətəninfo.az xəbər verir ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.

Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb.

Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb.

Barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Seçilən
95
19
veteninfo.az

10Mənbələr