4500 il əvvəl yaşamış qadının görünüşü bərpa edilib
Alimlər və rəssamlar indiki Şotlandiyada təxminən 4500 il əvvəl yaşamış qadının görünüşünü canlandırıblar.
Demokrat.az AFR-a istinadən bildirir ki, onun qalıqları Orkney adasındakı dəfn kamerasında aşkar edilib. Ən son 3D skanerləmə və məhkəmə rekonstruksiya texnologiyası sayəsində dünyaya qadının üzünün olduqca real təsviri – canlı baxış, açıq dəri və uzun qəhvəyi saçlar təqdim edilib.
Tədqiqatçıların fikrincə, qadın 30-35 yaşlarında vəfat edib. Sümük analizi onun artritdən əziyyət çəkdiyini və çox güman ki, çətin fiziki həyat sürdüyünü göstərib. Rəssamlar təkcə xarici görünüşü deyil, həm də sifət xarakterini verməyə çalışıblar.