“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Petrokub”la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, 5000 bilet öz sahibini tapıb.
Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.