İtaliyada dəyəri 13,5 milyard avro olan ən böyük asma körpü tikiləcək. Bu barədə layihəyə nəzarət edən “Stretto di Messina” şirkəti məlumat yayıb. Bildirilir ki, materiki Siciliya adası ilə birləşdirəcək körpünün layihəsi təsdiq üçün CIPESS iqtisadi planlaşdırma komitəsinə təqdim ediləcək. Layihənin ümumi dəyəri körpünün tikintisi, 40 kilometrlik avtomobil və dəmir yolu əlaqəsi, 3 yeni qatar stansiyası və Kalabriya regionundakı biznes mərkəzi də daxil olmaqla 13,5 milyard avro olacaq.
Mətləb