AZ

Dələduzluğa görə 15 nəfər istintaqa təhvil verilib

Polis əməkdaşlarının iyulun 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN-in mətbuat xidməti verib. 

İyulun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
63
19
xalqqazeti.az

10Mənbələr