AZ

Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...

Ötən ay Şəkidə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Həmid Əliyev məhkəmədən yayındığı üçün axtarışda olub.

“Qafqazinfo”nun məlumatına görə, hazırda Həmid külli miqdarda dələduzluq ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Məhkəmə dövründə ev dustaqlığında olan təqsirləndirilən şəxs sonradan istintaqdan yayınıb və proseslərə qatılmayıb. Bu səbəbdən onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Axtarışda olan Həmid Əliyev Şəkiyə gedərək 34 yaşlı həyat yoldaşı Zəhra Əliyevanı qətlə yetirib. O, həyat yoldaşı ilə boşanma ərəfəsində imiş. Hazırda onun dələduzluq işi üzrə məhkəmə prosesi davam etdirilir. O, özünün və arvadının adına kredit götürüb, amma ödəniş etməyib.

Təqsirləndirilən şəxs söz verib ki, azadlığa çıxandan sonra ziyanı ödəyəcək.

Onun bu sözünə prokuror sərt reaksiya verib: “Sən arvadını öldürən adamsan. Hansı ödənişdən söhbət edirsən?! Özü də pul söhbəti olub. Sən ümumiyyətlə uşaqlarının üzünə baxa bilərsən?! Hələ deyirsən azadlığa çıxıb ödəniş edim”.

Bu gün keçirilən iclasda Həmid Əliyev sərbəst ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. Həmid indiki cinayətinə görə ziyanı ödəməklə işini yüngülləşdirə bilər, amma arvadını qətlə yetirməsi ilə bağlı istintaq tamamlandıqdan sonra həmin cinayət işinə ayrıca hüquqi qiymət veriləcək. Həmin cinayətə görə Həmid Əliyevə ağır cəza veriləcəyi gözlənilir.

Sail Ağasəlim

Seçilən
72
8
qafqazinfo.az

9Mənbələr