AZ

Simpsonların ABŞ-ı şoka salan proqnozu: Tramp üçün dəhşətli ssenari

Maraqlı proqnozları ilə hər zaman müzakirə mövzusu olan "The Simpsons" cizgi serialı bu dəfə də ABŞ prezidenti Donald Trampla bağlı proqnozla gündəmə gəlib.

Publika.az xəbər verir ki, mətbuata danışan “The Simpsons”-un yaradıcısı Matt Qrininq Trampla bağlı ictimaiyyəti heyrətləndirən açıqlama verib.

O, üstüörtülü şəkildə Donald Tramp ölənə qədər serialın bitməyəcəyini deyib: "Düzünü desəm, 36-cı mövsümdə bitirəcəyimizi düşünürdüm. Lakin heç bir son görünmür. Biz biri ölənə qədər davam edəcəyik. Kimin öldüyünü biləndə Simpsonlar küçələrdə rəqslər olacağını proqnozlaşdırır. Amma prezident J.D. Vans rəqsi qadağan edəcək".

Qeyd edək ki, sözügdən cizgi serialı daha əvvəl Donald Trampın ABŞ prezidenti olacağını da proqnozlaşdırmışdı.

Seçilən
16
publika.az

1Mənbələr