AZ

Dövlət satınalmalarında elektronlaşma nəticəsində 38,6 %qənaət edildi

Dövlət Satınalmalarında elektronlaşma nəticəsində bu ilin ilk yarısında 329,2 milyon manatlıq qənaət edilib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,6% artım deməkdir. 2024-cü ilin ilk altı ayında bu rəqəm 237,6 milyon manat təşkil edib.

Qeyd edək ki, qənaətin strukturuna nəzər saldıqda, açıq tender metodu üzrə 314,7 milyon manat, kotirovka sorğusu metodu üzrə isə 14,4 milyon manat qənaət edildiyi açıqlanıb.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr