AZ

Tələbə qızlara əxlaqsız təklif edən dekan işdən çıxarıldı

Naxçıvan Dövlət Universitetində tələbə qızlara qiymət qarşılığında cinsi əlaqə təklif edən dekanın öz ərizəsi ilə işdən çıxmağa məcbur edildiyi bildirilir.

XəzərNews.az xəbər verir ki, məlumatı Gündəlik Naxçıvan Sosial Media Qrupu yayıb.

Universitet rəhbərliyinin bu addımı ictimai qınağın qarşısını almaq məqsədi ilə attıdığı bildirilir.

Lakin zərərçəkmiş tələbə qızlar, onlara əxlaqsız təklif edən dekanın bu cür cəzalandırılmasından narazıdırlar:

“Ortada cinayət tərkibli əməl var. Bütün faktları rektorun qarşısına qoymuşuq. Vaxtında araşdırmadı, biz də ictimailəşdirdik. Bu işə hüquq-mühafizə orqanları müdaxilə etməli, dekan Məftun müəllim və belə əxlaqsızlıqla məşğul olan bütün müəllimlər qanun qarşısında cəzalandırılmalıdırlar. Əgər bu baş verməsə, əlimizdəki faktları, görüntüləri internetdə yayımlayacağıq”.

Qeyd edək ki, qızların şikayati ictimailəşdikdən sonra universitet rəhbərliyi rəsmi bəyanat yayaraq, xəbəri təkzib etmiş, bu məlumatı mətbuata verənlərin tapılaraq cəzalandırılacağını bildirmişdi.



Xəbər 3 dəfə oxunub.
Seçilən
88
1
xezernews.az

3Mənbələr