AZ

Bu ölkələr Moskvaya görə hərəkətə keçdi – Görün nə edəcəklər

"Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə silah almaq üçün kredit istəyiblər".

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Onlar, həmçinin öz müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Avropa İttifaqından on milyardlarla avro kredit istəmək niyyətindədir. Yəqin ki, bu sırada Fransa da olacaq. Almaniya, Hollandiya və İsveç isə çox güman ki, bundan imtina edəcək. Belçika 7-11 milyard avro tələb edə bilər. Avstriya və İtaliya mövcud borclarının artacağından ehtiyat etdikləri üçün kredit götürmək istəmirlər", - deyə nəşr yazıb.

Qeyd edək ki, sözügedən məsələ Rusiya ilə mübarizə istiqamətində mühüm addım kimi qiymətləndirilir. Ekspertlər düşünür ki, bu, həm də Moskvanın hərəkətlərinin qarşısını almaq üçün vacibdir. Növbəti aylarda Rusiyanın Ukraynaya böyük hücumunun gözlənildiyi iddia edilir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr