AZ

Kamçatka sahillərində güclü zəlzələ olub | VİDEO

AzVision.az Böyük Britaniyanın “BBC” telekorporasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, 8,7 bal gücündə zəlzələ Petropavlovsk-Kamçatskidən təxminən 150 km aralıda baş verib, zəlzələnin ocağı 17 km dərinlikdə olub.

“Bu, 1952-ci ildə Kuril adaları və Kamçatkada azı 2000 insanın ölümünə səbəb olan zəlzələ və sunamidən sonra regionda ən güclü zəlzələdir”,- seysmoloqlar bildirirlər.

Kamçatsk diyarının Səhiyyə naziri Olerq Melnikov zəlzələ nəticəsində bir neçə adamın xəsarət aldığını açıqlayıb. Onun zölərinə görə, bütün xəstələrin vəziyyəti qənaətbəxşdir. Hazırda ciddi xəsarətlər qeydə alınmayıb.


Zəlzələ həmçinin Şimali Kurilskdə (Paramuşir adası) bir neçə binanı zədələyib.
Bununla yanaşı, Saxalin vilayətindəyeraltı təkanlar binalarda çatlara, bacalara və ventilyasiya şaxtalarına ziyan vurub. Saxalin vilayəti hökumətinin məlumatına görə, şəhərdə cüzi dağıntılar qeydə alınıb və elektrik təchizatı qismən kəsilib. Şəhər zəlzələnin episentrindən 360 km aralıdadır.


Yaponiya, Havay, Alyaska və Şimali Amerikanın bütün Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib. ABŞ Sunami Xəbərdarlıq Mərkəzi dalğanın Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə qədər uzana biləcəyini bildirib.

Yaponiya və Havayda hakimiyyət sahilyanı ərazilərin təcili olaraq hündür yerlərə təxliyə edilməsinin vacibliyini açıqlayıblar. O cümlədən, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Fukusima Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə olunub. Yaponiya hökuməti sunami nəticəsində tələfat və dağıntılar barədə hələlik heç bir məlumat almadığını bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
50
azvision.az

1Mənbələr