AZ

İran mediası: “Hədəf İranı parçalamaqdır”

“Zəngəzur dəhlizini açmaqla Azərbaycan və Türkiyə  İranı əsas regional tranzit və ticarət yollarından kənarda saxlamaq istəyirlər”.

Tribunainfo.az xəbər verir ki, bu sözlər İranda nəşr olunan ““Agaah.ir” saytındda dərc olunmuş yazıdandır.

Nəşr iddia edib ki, Bakı və Ankaranın əsas hədəfi NATO-nun bölgəyə gəlişinə imkan yaratmaqdır. “Onların hədəfi NATO-nun bölgədə fəal iştirak etməsi, siyasi və hərbi balansı dəyişmək və bu ikisi ilə əməkdaşlıqdan əldə edilən iqtisadi səmərələri artırmaqdır”.

Aggah.ir saytı həmçinin dəhliz məsələsinin İranın parçalanması üçün ortaya atılmış proje olduğunu da iddia edib. “Bəziləri bu planı 21-ci əsrin Sayks-Pikotu adlandırır. Yəni Osmanlı imperiyası yüz il əvvəl parçalandığı kimi, İranla bağlı da bu layihə həyata keçiriləcək ki, İran zəifləsin və İsrail üçün təhlükə yaratmasın. Bu dəhliz əslində İsrailin logistik arxası olacaq və İsrailin təcriddən çıxmasına kömək edəcək”.

Fərda Uğur

Seçilən
6
tribunainfo.az

1Mənbələr