Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Mərhələli şəkildə icra olunan bu proses daha üç tibb müəssisəsində - Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yekunlaşıb.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.
Məlumat üçün bildirək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.




10Mənbələr
-
banker.azDaha üç xəstəxanada elektron növbə sistemi istifadəyə verilib ( 19870808)
-
e-saglam.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub ( 19857581)
-
ikisahil.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub ( 19855148)
-
fins.azGəncə, Şirvan və Lənkəranda elektron növbə sistemi istifadəyə verilib ( 19852991)
-
Ajans.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub ( 19851626)
-
paralel.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub ( 19849478)
-
far.azDaha üç xəstəxanada elektron növbə sistemi istifadəyə verildi ( 19849415)
-
demokrat.azDaha 3 tibb müəssisəsində elektron növbə sistemi qurulub — FOTOLAR ( 19849088)
-
olke.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub ( 19848497)
-
missiya.azDaha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub - FOTOLAR ( 19848008)