Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında yalnız IV qrup üzrə 2 abituriyent 700 bal toplayıb.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində DİM-in Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında digər qruplarda 700 balı toplayanın olmamasına münasibət bildirib.
"Hər il nəticələr fərqlidir. 700 balın toplanması abituriyentin hazırlığından, tədris proqramında dəyişikliyin olub-olmamasından, testlərin ümumi səviyyəsindən asılıdır.
Digər qruplarda 700 balı toplayanın olmamasına konkret səbəb demək olmur".
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta