AZ

KİV: ABŞ Çinlə əlaqələri korlamamaq üçün Tayvan rəsmisi ilə görüşü ləğv edib

ABŞ Çinlə əlaqələri pozmamaqdan ötrü Tayvanın müdafiə nazirinin Vaşinqtonda hərbi rəsmilərlə görüşünü ləğv edib.

APA xəbər verir ki, bu barədə “Financial Times”-a anonim mənbələr məlumat verib.

Bildirilib ki, iyun ayında Tayvanın müdafiə naziri Vellinqton Kunun ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi ilə görüşmək üçün Vaşinqtona səfəri planlaşdırılıb.

Lakin, rəsmilər arasında görüş ABŞ tərəfindən son anda ləğv edilib.

Ağ Ev, Pentaqon və ya Tayvan rəhbərliyi məsələyə münasibət bildirməyib.

Seçilən
37
2
apa.az

3Mənbələr