AZ

Çempionlar Liqası: "Qarabağ" İrlandiya klubu ilə cavab matçına çıxır

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la cavab matçına çıxacaq.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü italiyalı referi Andre Kolombo idarə edəcək.

 

Qarşılaşma saat 20:00-da başlayacaq.

 

Xatırladaq ki, Ağdam klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

 

Onu da qeyd edək ki, "Qarabağ" - "Şelburn" cütünün qalibi növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
40
8
senzor.az

7Mənbələr