Neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarından sonra bahalaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 2,47 dollar və ya 3,53% faiz artaraq 71,80 dollara yüksəlib.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 2,5 dollar və ya 3,75% artaraq bir barelə görə 69,11 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!