Bəzi insanlar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya Federasiyasına qarşı səbrini yanlış şərh etmiş ola bilər...
Poliqon xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus sülh sazişinin bağlanması üçün nəzərdə tutulan müddətin 10 günə endirilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp sübut edib ki, ona ciddi yanaşmaq lazımdır, çünki onun sülh səylərinin nəticəsini artıq bütün dünyada görmək mümkündür: "O, səbirli idi və ola bilsin ki, bəzi insanlar bunu səhv şərh ediblər, amma məncə, yanlış şərhin vaxtı bitib".
Xatırladaq ki, dünən ABŞ prezidenti müharibəni bitirmək üçün Rusiyaya verdiyi əvvəlki 50 günlük ultimatumunu azaldacağını və sülh razılaşmasının əldə edilməsi üçün yeni 10 gün müddətinin təyin etdiyini, əks halda ABŞ-ın Rusiya ilə ticarətini davam etdirən ölkələrə qarşı 100%-ə qədər sanksiyalar və tariflər tətbiq edəcəyini açıqlamışdı.
Tramp həmçinin qeyd edib ki, o, Putindən çox məyus olub, çünki danışıqlardan sonra irəliləyiş olacağına dair ümidlərə baxmayaraq, reallıq yalnız növbəti bombardmanları və mülki əhalinin ölümünü göstərib.
Yeni müddət avqustun 8-də başa çatır, bundan sonra bir sıra ölkələr, o cümlədən Hindistan, Braziliya və Çin Tramp geri çəkilməsə, kəskin tariflərlə üzləşə bilər.
Tramp Moskvaya qarşı çox yumşaq davrandığı üçün dəfələrlə tənqid olunub. Xüsusilə, Amerika lideri Putinin müharibənin dayandırılmasını istədiyini iddia etməkdə davam edir, Rusiyanın hücumları və hücum əməliyyatları isə daha geniş xarakter alır.
Poliqon.info