AZ

Bu ölkədə həbs edilən milyarderlə bağlı şok iddia: Saxta adlarla Moskvaya niyə gedirmiş?

Bu yaxınlarda Yunanıstanda həbs edilən moldovalı milyarder Vlad Plaxotnyuk son illər saxta adla tez-tez Moskvaya səfər edir və Kremlin yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparırmış.

Publika.az xəbər verir ki, bu barədə “The Insider” əldə edə bildikləri uçuş məlumatları və sənədlərə istinadən məlumat yayıb.

Bildirilir ki, Plaxotnyuk Moskvada gizli qaldığı müddətdə Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozakla əlaqə saxlayıb. O, sonuncu dəfə 2025-ci il aprelin sonunda Moskvada olub. İddialara görə, Kreml Moldovada siyasi həyata təsir etmək üçün oliqarxın dəstəyini almaq istəyirmiş.

Plaxotnyukun məxfi səfərləri Rusiyanın Moldovadakı keçmiş ticarət nümayəndəsi Vladislav Darvayın Moldovanın "Kiçik Ölkə" araşdırma layihəsi tərəfindən əldə edilmiş telefon dinləmə materiallarından məlum olub - onlar 2025-ci ilin aprelində dərc edilib.

Jurnalistlər orada səslənən məlumatları yoxlayıb və məlum olub ki, Mixail Tauşanovun adına pasportu olan şəxs həqiqətən də ilk dəfə 2024-cü il iyunun 4-də Dubaydan Moskvaya gəlib. Bir həftə sonra Minskdə Kozakla danışıqlar aparılıb.

Bundan sonra milyarder 2024-cü ilin oktyabrında və 2025-ci ilin mart və aprelində Moskvaya uçub.

Seçilən
9
publika.az

1Mənbələr