AZ

Haaretz: "Qəzzanın ilhaqı nəzərdə tutulmur"

İsrailin rəsmi hökumət nümayəndələri "Haaretz" qəzetinəaçıqlamadabildiriblər ki, bu barədə xəbərlər yalnız HƏMAS-ın atəşkəs üzrə danışıqlar müstəvisindətələblərini yumşaltmaq məqsədiləmətbuata sızdırılır.

"Hazırda belə bir plan üzərində müzakirə aparılmır",– qəzetə danışan adı çəkilməyən nazir vurğulayıb.

"Haaretz" yazır ki, İsrail tərəfinin bu xəbəri yaymaqsa məqsədi HƏMAS-ı "torpaq itirməklə hədələmək" məqsədi daşıyır.
Haaretz:"HƏMAS növbəti sui-qəsd dalğasından qorxur"

Eyni zamanda, qəzetin məlumatına görə, HƏMAS son saatlarda özünün alisiyasi büro üzvlərinin sui-qəsdlə öldürülə biləcəklərindənehtiyatlanaraq təhlükəsizlik tədbirlərini gücləndirib.

Ötən günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, "HƏMAS-ın inadkarlığı atəşkəs razılaşmasına maneə yaradır". Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da HƏMAS tərəfinin atəşkəs üzrə danışıqlar aparmaq istəmədiyini nəzərə alaraq, " mübarizənin daha fərqli formaya gətirilməsinin"vacibliyini vurğulayıb. Bu ifadələr fonunda görünür ki,HƏMAS-ın narahatlığı əbəs deyil.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun sabiq lideri İsmayıl Haniyə keçən iliyulun 31-dəİranın paytaxtı Tehran şəhərindəki iqamətgahında İsrail Ordusunun raket zərbəsi ilə öldürülmüşdü.

Firudin Həmidli
AzVision.az
Seçilən
22
1
azvision.az

2Mənbələr