“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Biz bu təyyarəni vurmuşuq və bu, aydındır. Bunu etdiyimiz dəqiq məlumdur. Azərbaycan isə bilir ki, Rusiya hakimiyyəti bundan xəbərdardır”,- Markov vurğulayıb.
Bununla belə, Moskva hələ də Aktauda baş verən faciəyə görə məsuliyyəti rəsmən öz üzərinə götürməyib.
![]() |
İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı:Rusiya hələ də cavab verməyib |
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer” markalı 190-100 IGW markalı sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən Aktau yaxınlığında Qazaxıstan Respublikasının ərazisində qəzaya uğrayıb.
Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanında kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.
— Ahmadov (@BigAhmadov) July 29, 2025
Sahil İsgəndərov
AzVision.az