AZ

Müğənni əri tərəfindən ÖLDÜRÜLDÜ

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Səmərqənd vilayətində 35 yaşlı müğənni Zebinoso Nosirova (səhnə təxəllüsü Zeboyi Jahon) əri tərəfindən öldürülüb.

Hafta.az xəbər verir ki, bu barədə "Milliy" telekanalının "Millar" verilişində məlumat verilib. Məlumata görə, faciə müğənninin 1992-ci il təvəllüdlü əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib.

Tərəflər arasında mübahisə yaranıb və nəticədə qadın əri tərəfindən boğularaq öldürülüb.

Müğənni 3 uşaq anası olub. Qatil ər saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Seçilən
8
hafta.az

1Mənbələr