AZ

Yevlaxda ağır qəzaya düşən 8 nəfər ailə üzvünün vəziyyəti məlum olub - YENİLƏNİB-1

29.07.2025-ci il tarixində saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
 
Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
 
***
 
20:16
 
Yevlaxda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
 
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, "Mercedes" markalı minik maşınını Anagül Həşimova idarə edirmiş, xəsarət alan azyaşlı isə onun beş yaşlı oğlu Nurhan Məmmədlidir.
 
O, Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
 
 
***
19:20
 
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 8 nəfər xəsarət alıb.
 
Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
43
6
moderator.az

7Mənbələr