Rusiyanın Saxalin vilayətinin Şimali Kuril rayonunda zəlzələ və sunamidən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə region hökuməti məlumat yayıb.
“Bu gün zəlzələ və sunamidən sonra Şimali Kuril rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – məlumatda bildirilib.
Son Yazılar:
- Kurildə fövqəladə vəziyyət rejimi tətbiq edildi
- Sabunçuda 16 yaşlı yeniyetmə itkin DÜŞDÜ
- Bu rayonunun bəzi ərazilərində qaz qaz olmayacaq
Bundan əlavə, Saxalin vilayətinin qubernatoru Valeri Limarenko fövqəladə hallar üzrə komissiyanın iclasını keçirib.
Kamçatkada baş verən zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir.
Daha əvvəl həmin gün Kamçatkada Avaçinski körfəzinin sahilində güclü zəlzələ səbəbindən sunami təhlükəsi elan edilmişdi. Seysmik hadisə nəticəsində Petropavlovsk-Kamçatski şəhərində uşaq bağçalarından birinin divarı uçub. Sakinlərin təxliyəsi həyata keçirilir.