AZ

Çətin anlarda da Rusiya ilə əlaqələri kəsmirik, çünki... - ABŞ

ABŞ çətin anlarda belə, mövcud fikir ayrılıqlarına baxmayaraq, kosmosda Rusiya ilə tərəfdaşlıq münasibətlərini kəsmir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat naziri, NASA-nın direktor vəzifəsini icra edən Şon Daffi deyib.

“Bizim ruslarla Ukrayna ilə bağlı fikir ayrılıqlarımız var. Amma görə bilərsiniz ki, biz ümumi dil tapır və tərəfdaşlıq qururuq, məsələn, Beynəlxalq Kosmik Stansiyada ruslarla işləyərkən...

Hətta çətin anlarda belə, biz bu əlaqələri kəsmirik. Mövcud problemlər üzərində işləməyə davam etmək niyyətindəyik, lakin bəşəriyyət kosmosu araşdırmağa davam etdiyi üçün biz ittifaqlar, tərəfdaşlıqlar və dostluqlar qurmağa davam etməyi gözləyirik", - Daffi qeyd edib.

Seçilən
59
50
axar.az

10Mənbələr