AZ

Qazaxıstan-Türkiyə birgə layihələr həyata keçirəcək

Qazaxıstan hökuməti türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır

XəzərNews.az bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib: “Hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Türkiyəyə 1,4 milyon ton qazax nefti nəql olunur. Biz neftin tədarük həcminin artırılması məsələsini müzakirə etdik və “Türkiye Petroleum” şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq. Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq”. Dövlət başçısı əlavə edib ki, iri layihələrin birgə həyata keçirilməsinə hazırdırlar: “Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı da böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir”.
Qazaxıstan dəmir yolunun modernləşdirilməsini, avtomobil yollarının tikintisini və Xəzər dənizində gəmiçiliyin fəallaşdırılması üçün infrastrukturun yenilənməsini həyata keçirir. Türkiyəli investorları bu layihələrdə fəal iştirak üçündəvət edirik. Hökumətimiz türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır” – deyə Prezident bəyan edib.


Xəbər 4 dəfə oxunub.
Seçilən
15
xezernews.az

1Mənbələr