AZ

Kamçatkada zəlzələ - SON MƏLUMATLAR

  • Yeraltı təkanlar yerli vaxtla saat 11:30-da başlayıb. Şahidlərin sözlərinə görə, həmin an mebellər tərpənib, məişət texnikası aşıb, avtomobillərin siqnalları işə düşüb.
  • Petropavlovsk-Kamçatskidə yerləşən 15 nömrəli uşaq bağçasında təmir zamanı divarlar çöküb. Binada uşaqlar olmayıb və fəhlələr vaxtında təxliyə olunublar.
  • Şəhərin uşaq poliklinikası müvəqqəti olaraq bağlanıb.
  • Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına əsasən, əsas zəlzələnin maqnitudası 8,7 olub.
  • Daha sonra Kamçatka sahillərində maqnitudası 5,8-ə qədər olan təkrar yeraltı təkanlar qeydə alınıb.
  • Yelizovo rayonunda 4 metrlik sunami dalğası müşahidə olunub.
  • İlk sunami dalğaları Şimalı Kuril sahillərinə də çatıb. Göz şahidlərinin dediyinə görə, dalğalar balıq emalı zavodunu yuyub aparıb, ərazidə siren səsləri eşidilib.
  • Saat 03:30-dan 04:40-a qədər Kamçatka sahillərində maqnitudası 5-dən yüksək olan səkkiz zəlzələ baş verib.
  • Saat 03:46-da Yelizovo aeroportunda altı reysin yola salınması gecikdirilib. Terminalda tavan panelləri, işıqlandırma plafonları və üzlüklər aşıb, vitrinlər tərpənib. Bir qadın xəsarət alıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
  • Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı bildirib ki, 7,5 maqnitudalı güclü afterşoklar (təkrar təkanlar) ən azı bir ay davam edə bilər.
  • Şimalı Kuril limanından 300-ə yaxın insan təxliyə edilib.
Seçilən
77
4
herbiand.az

3Mənbələr