AZ

Rusiyadakı səfirimiz Rasim Balayevi niyə cavabsız qoydu?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub.

Hafta.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib. Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab verilməyib.

Xatırladaq ki, bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol almış mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanıb. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildiriblər.

Onlar eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulayıblar.

Seçilən
59
11
hafta.az

10Mənbələr