AZ

Fransa İrana nüvə sazişi ilə bağlı son şans verdi

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Paris İranla nüvə sazişi çərçivəsində Tehrana yay fəslinin sonuna qədər möhlət verir”.

Missiya.Az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu müddət ərzində danışıqlarda irəliləyiş əldə olunmazsa, Fransa “snapback” mexanizmini işə salaraq sanksiyaları bərpa edəcək.

Barrot, İranın nüvə probleminin yalnız diplomatik yolla həll olunmasının mümkün olduğunu vurğulayıb. 

Siyasətçi eyni zamanda Tehranın 10 il əvvəl imzaladığı saziş üzrə öhdəlikləri dəfələrlə pozduğunu qeyd edib.

Fransa hələlik sazişin müddətinin uzadılması ilə bağlı rəsmi qərar qəbul etməyib. Parisin bu addımı beynəlxalq səylərin davamı olaraq İranı razılaşmaya qayıtmağa təşviq etməyə yönəlib.

Daşqın Həsənov

Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
missiya.az

2Mənbələr