AZ

Hidayət Heydərov dünya reytinqində gerilədi  

 

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) dünya reytinqində ikinci yerə

yüksəlib. Dünya çempionatının bürünc mükafatçısı və bu yaxınlarda Universiadada

gümüş medal qazanan Hacıyev reytinqdə yalnız yaponiyalı Sanşiro Muraoya uduzur.

Hidayət Heydərov (73 kq) isə reytinqin birinci pilləsini əldən verib.

Olimpiya çempionu altıncı yerə geriləyib.

"Paris-2024"ün digər qalibi Zelim Kotsoyev (100 kq) hazırda

üçüncü mövqedə qərarlaşıb. Zelim Tçkayev (81 kq) isə ikinci yerdədir. Balabəy

Ağayev (60 kq) doqquzuncudur, Ruslan Paşayev (66 kq) isə ilk 16-lıqda yer alıb.

Uşangi Kokauri (+100 kq)

onuncu yerdədir.

 Elçin

CƏFƏROV,

"Azərbaycan"

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr