AZ

ABŞ Hindistandan gətirilən mallara 25 faizlik gömrük rüsumu tətbiq edə bilər

Tramp: Hindistan dostumuzdur, amma ABŞ-yə qarşı ən yüksək tariflərii tətbiq edir...



Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hindistanla ticarət razılaşması əldə olunmadığı təqdirdə bu ölkədən idxal olunan mallara 20–25 faiz aralığında gömrük rüsumu tətbiq etməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Hindistan uzun illər ABŞ-ın yaxın müttəfiqi olsa da, bu ölkə “demək olar, bütün digər ölkələrdən daha yüksək tariflər” tətbiq edib.

Prezident Tramp bu fikirləri jurnalistlərlə söhbətində səsləndirib. O qeyd edib ki, rüsumun konkret faizi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, ABŞ 2 aprel tarixində Hindistandan idxal olunan bəzi mallara 26 faizlik gömrük rüsumu tətbiq etsə də, danışıqlara şərait yaratmaq məqsədilə bu qərarın qüvvəsini müvəqqəti dayandırmışdı. Söz konusu güzəştin müddəti 1 avqustda başa çatır.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir dünən bildirib ki, Vaşinqtona Hindistanla danışıqları davam etdirmək üçün daha çox vaxt lazımdır. Onun sözlərinə görə, məqsəd Hindistanın Amerika ixracına bazarını nə dərəcədə açmağa hazır olduğunu qiymətləndirməkdir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr