Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti yüksəlib.
Publika.az xəbər verir ki, “Brent”in 2025-ci ilin oktyabr fyuçerslərinin qiyməti 23 iyun 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 73 dolları ötüb və 3%-dən çox artıb.
Bakı vaxtı ilə saat 22:53-ə olan birja məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 3,78% artaraq 73,06 dollar/barelə çatıb.