AZ

Şəhid jurnalistlərin ekran obrazı

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olan mətbuat nümayəndələrinin – şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş film Mərkəzi Elmi Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunda ictimaiyyətə təqdim olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə reallaşmış ekran əsərinin nümayişindən əvvəl fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, BDU-nun Jurnalistika fakültəsinin professoru Sevil Həsənova, Azərbaycan Televiziyasının şöbə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan jurnalistlərin mediadan döyüş cəbhəsinə uzanan ömür yolundan söz açıb, onların xatrirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Diqqətə çatdırılıb ki, film Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında ərsəyə gəlib. Məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətən qarşısında peşə məsuliyyətinin və vətəndaşlıq borcunun müqəddəsliyini aşılamaq, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru Asif Rüstəmli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova və başqaları mənəvi dəyəri böyük olan bu işləri ərsəyə gətirənlərə minnətdarlıqlarını bildiriblər.

Sonra ekran əsəri təqdim olunub. Filmdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Milli qəhrəmanlar Çingiz Mustafayevin, Salatın Əsgərovanın, döyüşlərdə həm qələmi, həm də silahı ilə vuruşan Kazımağa Kərimovun, Qarakənd faciəsində şəhid olan Alı Mustafayev, Osman Mirzəyev və Fəxrəddin Şahbazovun, 44 günlük Vətən müharibəsində şəhid olan Azad Azərbaycan Televiziyasının əməkdaşı Davud Qurbanovun, işğaldan azad olan kənd və şəhərlərimizdə erməni vandalizmini sənədləşdirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin əməkdaşı Sirac Abışovun şəxsində şəhidlərimizin ömür yolu işıqlandırılıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
9
xalqqazeti.az

10Mənbələr