AZ

Azərbaycan–UNICEF əməkdaşlıq müzakirəsi

İyulun 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdə diplomatik fəaliyyəti başa çatan nümayəndəsi Saja Farooq Abdullahla görüşüb.

Nazir Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri müzakirə edilib, Azərbaycanda və digər ölkələrdə həyata keçirilən birgə təşəbbüslərdən, layihələrdən bəhs olunub. Azərbaycanda uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, ölkəmizin donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan–UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

XQ

Seçilən
24
23
xalqqazeti.az

10Mənbələr