BAKI. 29 iyul. TELEQRAF
2025/2026 futbol mövsümündə Azərbaycan Premyer Liqası, I Liqa və II Liqa qarşılaşmalarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa oyunlarını idarə edəcək elit hakimlər siyahısına 14 referi daxil edilib.
Bunlar Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Fərid Hacıyev, Tural Qurbanov, Rəşad Əhmədov, Cavid Cəlilov, Nicat İsmayılov, Rauf Cabbarov, Əli Əliyev, Elvin Bayramov və Kamranbəy Rəhimovdur.
Bu hakimlər Premyer Liqa oyunlarında baş hakim, ehtiyat hakim, VAR və ehtimal AVAR kimi təyinat ala bilərlər.
Elit hakimliyə namizəd sayılan İnkişaf Qrupu Kəmran Əliyev, Əkbər Əhmədov, Emin Əliyev, Vüqar Həsənli və İslam Məmmədovdan formalaşdırılıb. Bu hakimlər I Liqa və aşağı liqalarda, eləcə də, Premyer Liqada ehtiyat hakim, AVAR və VAR kimi təyinat ala bilərlər.
I kateqoriyalı hakimlər siyahısında zərif cinsin nümayəndəsi Fəridə Lütfəliyeva da var. Digər ədalət təmsilçiləri isə bunlardır: Rövşən Rəcəbov, Səbuhi Bayramov, Namiq Bəkirov, Şamil İmanzadə, Mahmud Bağırzadə, Murad Səlimov, Ruslan Quliyev, Alik Yunusov. Bu hakimlər I Liqa və daha aşağı liqalarda oyun idarə edirlər.
II kateqoriyalı hakimlər siyahına da xanım hakim - Ləman Əmirli salınıb. Digər hakimlər Nazim Abdullayev, Sənan Bayramzadə, Nəriman Ağayev, Niyaz Əhmədov, Ceyhun Hüseynov, Pərviz İbrahimov, Nahid Xasıyev, Əlövsət İbrahimxəlilov, Rasim Musayev, Sərxan İsmayılov və Rəsul Babayevdir. Bunlar II Liqa və daha aşağı liqalarda oyun idarə edirlər.
Premyer Liqanın elit köməkçi hakimlərdən Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Kəmran Bayramov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəhman İmamı, Cəmil Quliyev, Eyub İbrahimov, Şirməmməd Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Asiman Əzizli, Kərim Zeynalov, Tərlan Talıbzadə kimi, Sevda Nuriyeva və Gülnurə Əkbərzadə qadındır.
Elit köməkçi hakimliyə namizədlərdən ibarət inkişaf qrupunda Asif Abdullayev, Orxan İbişov, Qəzənfər Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Mirnihat Seyidov qərarlaşıb. Bu hakimlər I Liqa və aşağı liqalara təyinat ala bilərlər.
I kateqoriyalı köməkçi hakimlər Anar Bədəlov, Aydın Bəxşiyev, Elman Kərimov, Elmin Süleymanov, Qəzənfər Məmmədov, Rasim Axundov, Rəhman Aslanov, Səbuhi Soltanov, Sənan Atayev, Taleh Məmmədov, Vüqar Bayramov, Zakir Şükürzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Asif Abdullayev, Orxan İbişov, eləcə də yeni hakimlər Səfalı Ağayev, Rəşad Quliyev və Məmmədəli Kərimovdur. Bu hakimlər I Liqa və daha aşağı liqalarda oyun idarə edirlər.
Nəhayət, II kateqoriyalı köməkçi hakimlər Əkbər Əliyev, Əhmədsoy Əhməd, Ruslan Məmmədov, Rızvan Süleymanov, Ağadur Mahmudov, Elvin Mədətov, Cavid Ömərov, Hüseyn Vəliyev, Hüseyn Əsgərov, Sadıq Əliyev, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Tural Bayramov və Ruslan Babayevdir. Bu hakimlər II Liqa və daha aşağı liqalarda oyun idarə edirlər.