AZ

Şahin Mustafayev İran səfiri ilə görüşdü

  Baş nazirin müavini Şahin Mustafayev İran səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Referans xəbər verir ki, bu barədə İranın Azərbaycan Respublikasındakı səfirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqda son vəziyyət müzakirə olunub.

Tərəflər ticarət, investisiya, nəqliyyat, energetika və infrastruktur layihələri üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, eyni zamanda, əvvəlki sazişlərin icrası prosesinin sürətləndirilməsinin və iki ölkənin mövcud iqtisadi potensialından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıblar.  

Seçilən
73
24
referans.az

10Mənbələr