AZ

Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub (FOTO)

Bakı. Trend:

İyulun 24-də startı verilən XIV Qəbələ Beynəlxalq MusiqiFestivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq,festivalın sonuncu günündə - iyulun 29-da Qəbələ şəhərindəki HeydərƏliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konsertitəqdim olunub. Kamera musiqisi axşamında Litvadan gəlmiş“Ciurlionis” kvarteti və Azərbaycanın Xalq artistləri - pianoçularFərhad Bədəlbəyli və Murad Adıgözəlzadə maraqlı konsert proqramıilə çıxış ediblər.

Trend xəbərverir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərəkMikaloyus Konstantinas Ciurlionisin yaradıcılığı barədə məlumatverib.

Bildirilib ki, M.K.Ciurlionis Litva xalqının görkəmli mədəniyyətxadimi, Litva professional musiqisinin banisi, çox istedadlı şairvə rəssam olub. Cəmi 46 il ömür sürən bəstəkarın bütün yaradıcılığıaxtarışlarda keçib. O, orqan, kamera musiqisi və orkestr üçünəsərlər yazıb. Eyni zamanda, 300-ə yaxın rəssamlıq əsərininmüəllifidir. O, Litva xalq mahnılarından, rəvayətlərindənbəhrələnərək özünün sanki fantaziya və reallıq arasında olanəsərlərini bəstələyib.

Kamera musiqisi axşamında Fərhad Bədəlbəyli və MuradAdıgözəlzadəni “Ciurlionis” kvartetinin üzvləri Yonas Tankeviçius(violin), Darius Diksaitis (violin), Yelena Daunyte (cello) vəGediminas Daçinskas (viola) müşayiət ediblər.

Konsertdə M.Ciurlionisin “Simli kvarteti do minor” (“Allegromoderato”, “Andante”, “Menuetto”), Y.Bramsın “Piano kvinteti faminor, op.34”, R.Şumanın “Piano kvinteti mi bemol major, op.44”əsərləri ifa olunub.

XVIII əsrin məşhur italiyalı ustalarının hazırladıqları unikalmusiqi alətlərində ifa edən Litvanın “Ciurlionis” kvartetininvirtuoz təqdimatı festivalın öz izləyicilərinə növbəti hədiyyəsiolub.

Axşam “Qafqaz Resort” otelindəki açıq səhnədə XIV QəbələBeynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekunkonserti olacaq.

Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Seçilən
16
5
az.trend.az

6Mənbələr