Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var...
"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info