AZ

Qəzəbli gənc mərtəbəni səhv salaraq, 4 nəfərin ölümünə səbəb oldu - FOTO/VİDEO

Nyu-Yorkda 27 yaşlı gənc səhvən 4 nəfərin ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, Şeyn Tamura Manhattanda yerləşən ofis binasına daxil olub və orada aralarında polis əməkdaşı və "Blackstone" şirkətinin işçisinin də olduğu dörd nəfəri güllələyərək öldürüb.
 

O, hadisə yerində qeyd yazılmış bir kağız da qoyub. Qeyddə gənc Beynəlxalq Futbol Liqasını (NFL) keçmişdə məktəb futbolu ilə bağlı keçirdiyi ehtimal olunan psixoloji travmalarına görə ittiham edib.


Polisin məlumatına görə, Tamura NFL-in baş ofisinə çıxmaq istəyib, lakin səhvən başqa mərtəbəyə gedib. Atəş açdıqdan sonra özünü öldürüb.

Hakimiyyət orqanları onun psixi sağlamlıq problemlərinin olduğunu təsdiqləyib. NFL-in daha bir əməkdaşı yaralanıb, bina isə gücləndirilmiş təhlükəsizlik rejiminə keçib.








Bizim.Media

Seçilən
29
4
bizim.media

5Mənbələr