UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
QOL.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 19500 bilet satılıb.
Biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.