AZ

BVF hansı hallarda qlobal tədarük zəncirlərində pozuntuların yaranacağından danışıb

Bakı. Trend:

Yaxın Şərq və ya Ukraynada gərginliyin artması tədarükzəncirlərinə mənfi təsir göstərə bilər.

Trend xəbər verirki, bu haqda Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda təqdim olunan“Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında bildirilir.

“Geosiyasi gərginliyin eksalasiyası, əsasən də Yaxın Şərq və yaUkraynada - dünya iqtisadiyyatının təklif sferasında yeni mənfişokların meydana gəlməsinə yol aça bilər.

Dəniz nəqliyyat marşrutlarının və tədarük zəncirlərinin işindəpozuntu yarana bilər, xammal qiymətləri yüksələ bilər, ələlxüsus daiyunda baş verənlərdən fərqli olaraq nəqliyyat infrastrukturunaziyan dəyərsə”, -deyə sənəddə deyilir.

BVF hesabatına görə, bu faktorlar inflyasiya təzyiqinin yenidəngüclənməsinə və iqtisadi artımın ləngiməsinə yol açacaq.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr