AZ

Tokayev Türkiyəyə rəsmi səfər edib

Bakı. Trend:

Qazaxıstanın prezidenti Kasım-Jomar Tokayev Türkiyəyə rəsmisəfər edib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlıhəmkarını prezident administrasiyasında rəsmi mərasimləqarşılayıb.

Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığınındaha da gücləndirilməsinə dair məsələləri müzakirə etmək üçünPrezident Administrasiyasında bir araya gələcəklər.

Bununla yanaşı, liderlərin həmsədrliyi ilə Türkiyə-QazaxıstanYüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasıkeçiriləcək.

İclasda iki ölkə arasında mövcud strateji tərəfdaşlığın gedişatıvə bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaqaddımların müzakirə olunacağı, eyni zamanda, həm Türkiyə, həm dəQazaxıstan ərazisindən keçən Orta Dəhlizin inkişaf etdirilməsi,enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı,media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçünyeni hədəflərin müəyyən olunacağı gözlənilir.

Seçilən
6
3
az.trend.az

4Mənbələr