AZ

Zelenski hakimiyyətdən gedir Prezident o olacaq

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ və Britaniya nümayəndələri yaxın günlərdə Alp dağlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri Kiril Budanov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnunun iştirakı ilə görüş təşkil ediblər.

Bakupost.az xəbər verir ki, söhbət zamanı Ukrayna prezidenti Zelenskinin əvəzlənməsi perspektivləri müzakirə olunub.

Xidmətin iddiasına görə, amerikalılar və britaniyalılar Ukrayna prezidentliyinə Valeri Zalujnunun namizədliyini irəli sürmək qərarına gəliblər. Bildirilir ki, Yermak və Budanov, prezident dəyişikliyindən sonra mövcud vəzifələrini saxlamaqla bağlı “anglosakslar”ın vədini alıblar.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunur ki, “Alp razılaşması” Volodimr Zelenskinin yerli antikorrupsiya qurumlarının səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul etməsi ilə əlaqələndirilir.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
www.bakupost.az

2Mənbələr